Nərimandan razı qalmayan “Erzurumspor” yeni hücumçu gətirdi

02:50 Türkiyə 95
Nərimandan razı qalmayan “Erzurumspor” yeni hücumçu gətirdi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandası “Erzurumspor” heyətini gücləndirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə təmsilçisi yeni hücumçu transfer edib.

Belə ki, İsveçin QAİS klubunun forvardı İbrahim Yalatif Diabate “Erzurumspor”a keçib. Fil Dişi Sahilidən olan 26 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Diabate Superliqa klubunda Nərimanın əsas heyət uğrunda rəqiblərindən biri olacaq.

Nəriman Axundzadə bu yay ABŞ-nin “Kolambus Kryu” klubundan icarəyə götürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!