Yığmanın hücumçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

1 Sentyabr 01:40 İngiltərə 643
Yığmanın hücumçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

“Aston Villa”nın hücumçusu Ole Uotkins karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Əl Hilal”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uotkinslə anlaşmanın detalları hələlik açıqlanmayıb.

Britaniya mətbuatının yazdığına görə, “Əl Hilal” transfer üçün bonuslarla birlikdə "Aston Villa"ya 70 milyon avro ödəyəcək.

30 yaşlı futbolçu 2020-ci ildən “Aston Villa”da çıxış edirdi. O, Birmingem təmsilçisində 221 oyunda 91 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM