Dambaruskas ÇL-dəki adlı-sanlı rəqiblərdən danışdı: “Döyüşməliyik, hər yolu tapmalıyıq“

11:29 Sabah 83
Dambaruskas ÇL-dəki adlı-sanlı rəqiblərdən danışdı: “Döyüşməliyik, hər yolu tapmalıyıq“

“Biz Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandıq.

Bu, futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biridir. Biz bunu çox istəyirdik.

Yəqin ki, hər bir futbolçunun və hər bir məşqçinin böyük arzusu, böyük istəyidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Litvalı mütəxəssis AzTV-yə müsahibəsində növbəti rəqiblər barədə də danışıb:

“Rəqiblərimizə qarşı mübarizə aparmalı, döyüşməliyik. Əlbəttə, asan olmayacaq.

Amma hər yolu tapmalıyıq ki, necə mübarizə aparacağımızı bilək. Əlbəttə, çox xoşbəxt olardım. İstərdim ki, bütün azarkeşlərimiz, bizi dəstəkləyən hər kəs tribunalarda yerini alsın.

“Hapoel” ilə oyunda olduğu kimi möhtəşəm atmosfer yaratsınlar. Demək olar ki, onların dəstəyi sayəsində biz özümüzdə güc tapdıq və qalib gəldik.

Ümid edirəm ki, azarkeşlər bizi sadəcə, Çempionlar Liqasında deyil, yerli çempionatda da dəstəkləyəcəklər. Çünki onların köməyi ilə daha böyük nəticələr əldə edə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!