“Allaha şükür, bacardıq”

02:20 Hadisə 77
“Allaha şükür, bacardıq”

“İlk iki oyuna da qələbə qazanmaq üçün çıxmışdıq.

Birincci turda “Araz-Naxçıvan”la qarşılaşmada 3 xal qazanmağa bir az bəxt mane oldu. “Zirə” ilə oyunda isə fərdi səhvlərdən qollar buraxdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “İmişli”nin hücumçusu Seyxan Fərəcov deyib.

24 yaşlı foravrd son qarşılaşmada qol imkanlarının olduğunu bildirib:

“Şəfa” ilə görüşə də 3 xal üçün çıxmışdıq. Vacib oyun idi, istəyirdik ki, ilk qələbəmizi qazanaq.

Allaha şükür, bunu bacardıq və səfərdən 3 xalla qayıtdıq. İlk hissədə də qol vurmaq üçün epizodlarımız var idi.

Səbirli olduq və sonda öz qolumuzu vurduq. Bundan sonra hesabı daha da böyüdə bilərdik.

İnşallah, qarşıdakı oyunlarda daha böyükhesablı qələbələr qazanaraq azarkeşlərimizi sevindirərik”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!