Ramil Şeydayev əvəzləndi, "Soçi" yenilgini qələbəyə çevirdi

03:00 Bizimkilər 115
Ramil Şeydayev əvəzləndi, "Soçi" yenilgini qələbəyə çevirdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Soçi" Rusiya Birinci Liqasında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, 9-cu turda komanda evdə "Çelyabinsk"lə qarşılaşıb.

Görüş "Soçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil də bu matça iştirak edib. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Soçi" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Soçi" - "Çelyabinsk" 2:1

Qollar: Zaxar Federov, 89, 90+7 - Ramazan Hacimuradov, 75-pen

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!