"Dinamo"nun hansı oyunçuları “Qarabağ”a qarşı forma geyinməyəcək?

12:40 Problem 121
"Dinamo"nun hansı oyunçuları “Qarabağ”a qarşı forma geyinməyəcək?

"Dinamo" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Kiyeev təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Əsas qapıçı Ruslan Neşeret ilk matçda olduğu kimi yenə komandaya kömək edə bilməyəcək. Onun əvəzinə qapıda Vyaçeslav Surkisin olacağı gözlənilir.

Sol cinah müdafiəçisi Kostyantin Vivçarenko da Bakıda oynamayacaq. 24 yaşlı futbolçu əməliyyatdan sonra bərpa prosesi keçir.

"Qarabağ" - "Dinamo" qarşılaşması avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keeçiriləcək və saat 20:00-da start götürəcək.

Komandalar arasında baş tutan ilk matç Ukrayna klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti