Əzizov İsveçrədə nə əldə etdi?

05:00 Cüdo 67
Əzizov İsveçrədə nə əldə etdi?

Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində gümüş medal qazanıb.

Sportinfo.az Azərbaycan Deflimpiya Komitəsinə istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu dairəvi sistem üzrə keçirilən yarışda 3 görüşə çıxaraq sonda ikinci pilləni tutub.

O, yarış çərçivəsində Qazaxıstan, Fransa və Macarıstan təmsilçiləri ilə qarşılaşıb.

A.Əzizov ilk dəfə təşkil olunan "Masters Top 18" turnirində 81 kq çəki dərəcəsində gümüş medal qazanan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!