“Dinamo”nun aparıcı müdafiəçisinin beyni silkələndi, “Qarabağ”a qarşı oynamayacaq

13 Avqust 16:00 Problem 558
“Dinamo”nun aparıcı müdafiəçisinin beyni silkələndi, “Qarabağ”a qarşı oynamayacaq

Bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiyev “Dinamo”su ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Tomaş Kendzyöra zədələnib.

O, məşqlərin birində beyin silkələnməsi keçirib. Futbolçu komanda ilə birlikdə Bakıya gəlməyib.

“Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşması bu gün saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!