"Neftçi" Şotlandiyadan xorvatiyalı yarımmüdafiəçini transfer etdi

31 Avqust 21:40 Neftçi 589
"Neftçi" Şotlandiyadan xorvatiyalı yarımmüdafiəçini  transfer etdi

“Neftçi” dayaq yarımmüdafiəçisi transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvüdür.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək.

Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub.

2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada