3 qızıl, 2 gümüş və 2 bürünc alındı - Polşadakı beynəlxalq turnirdə

04:40 Cüdo 63
3 qızıl, 2 gümüş və 2 bürünc alındı - Polşadakı beynəlxalq turnirdə

Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 7 medal əldə ediblər.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U-18 yaş kateqoriyasında mübarizə aparan idmançılar uğurlu nəticəyə imza atıblar.

Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.

Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala layiq görülüblər.

23 ölkə təmsilçisinin mübarizə apardığı beynəlxalq yarışda U-16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!