Azərbaycan Premyer Liqasında üçüncü tur davam edir.
"Neftçi" ilk ciddi sınaqdan niyə üzüağ çıxa bilmədi?
"Qəbələ" yenə heç nə ilə yadda qalmadı.
Biabırçı əcnəbilər, getmək istəməyən uğursuz baş məşqçi...
"İmişli" mövsümdə ilk qələbəsini qazandı.
Haqqı bərpa olunan hücumçu ilk oyundaca adından necə söz etdirdi?
"Kəpəz"də həsrət möhtəşəm qələbə ilə başa çatdı.
Qərb derbisində nələr yaşandı?
Kurban Berdıyev çarəsiz duruma niyə düşdü?
Xanoğlan İmanov aparıcısı olduğu "Futbol Manşet"də futbol blogeri Nurel Kərimlə bu və digər mövzular barədə geniş müzakirə apacaq.
Veriliş 21:00-da canlı olaraq "Sportinfo TV"də sizə təqdim olunacaq.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.
"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.
“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.
Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.
Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
