Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin idmançıları sentyabrın 10-14-də Maltada keçiriləcək “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı - Malta 2026”da iştirak edəcəklər.
Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanı dörd üzgüçü - Ağasəlim Abdullayev, Məhəmməd Əli, Mirqaib Rəsulov və Georgiy Qəniyev təmsil edəcək.
Komandanın baş məşqçisi Elvin Hüseynov, köməkçi məşqçi isə Yuliya Dubrovinadır.
Hazırda milli komandanın atletləri yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.
