Aleksey Kaşukla Dani Boltla "Qarabağ" başqa nəyə ümid edə bilərdi?

31 Avqust 20:40 Qarabağ 1 428
Aleksey Kaşukla Dani Boltla "Qarabağ" başqa nəyə ümid edə bilərdi?

Təəssüf, “Qarabağ”ın 12 illik Avropa hekayəsi başa çatdı.

“Twente” ilə başlayan uğur yolu elə “Twente” ilə də sonlandı.

Əslində hər şey “Qarabağ” üçün yaxşı başlamışdı. İlk oyunda 1:0 hesablı qələbə qazanan təmsilçimiz cavab görüşündə də 80-ci dəqiqəyə qədər 1:0 öndə idi. Hər şey bizim üçün yaxşı gedirdi. Hətta daha artığını düşünməyə başlamışdıq.

Amma son 10 dəqiqə hər şeyi əlimizdən aldı.

Ardıcıl buraxılan qollar oyunu əlavə vaxta daşıdı. Əlavə vaxtda vurulan qollar isə “Qarabağ”ı Avropadan kənarda saxladı.

Əslində, çox da gözlənilməz deyildi.

Aleksey Kaşukla Dani Boltla bundan artığını ümid etmək çətin idi.

Bu qədər kasad heyət, ehtiyat skamya ilə nəticənin belə olması təəccüblü gəlmədi.

Zədələr, gecikən transferlər, yolların ayrıldığı əsas heyət üzvləri...

Uğursuzluğun əsas səbəbləri məhz bunlar oldu.

Bəli, “Qarabağ”sız avrokubokları təsəvvür etmək çətindir.

Klub özü bizi buna öyrəşdirmişdi.

“Qarabağ”ın Avropada uzun müddət yoluna davam etməsi artıq bizim üçün adiləşmişdi. Bu dəfə isə hər şey erkən bitdi.

Son 12 ildə ilk dəfə bu qədər erkən...

Olsun.

Hər son həm də yeni bir başlanğıcdır.

Ümid edək ki, 12 illik uğurlu seriyanın sonu həm də daha güclü bir eranın başlanğıcı olacaq.

Daha güclü, Avropada yenidən uzun yol qət edə biləcək bir “Qarabağ”ın...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada