Alvaresin “Barselona”ya keçidinə razılıq verdi - “Atletiko”

31 Avqust 18:40 İspaniya 2 369
Alvaresin “Barselona”ya keçidinə razılıq verdi - “Atletiko”

“El Chiringuito” verilişinin jurnalisti və futbol eksperti Jota Jordi “Atletiko”nun Xulian Alvaresin “Barselona”ya transferinə razılıq verdiyini iddia edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin bu məlumat hazırda jurnalistin açıqlaması kimi yayılır və transferin rəsmiləşdiyi anlamına gəlmir.

Alvares 2024-cü ilin yayında 75 milyon avro və 20 milyon avro bonus qarşılığında “Mançester Siti”dən “Atletiko”ya keçib.

Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

26 yaşlı hücumçu 2025/26 mövsümündə 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Oyunçu bu mövsüm isə bir matçda meydana çıxıb və fərqlənməyib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO