“Qarabağ”dan ayrılacaqmı?

31 Avqust 02:10 Qarabağ 410
“Qarabağ”dan ayrılacaqmı?

Son günlər “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin komandadan ayrıla biləcəyinə dair çoxsaylı məlumat yayılıb.

Həmin məlumatlarda Bolqarıstanın SSKA, Türkiyənin “Çorum” klublarının 31 yaşlı monteneqrolu ilə yaxından maraqlandığı iddia edilib.

Bəs, Yankoviçin bu yay transfer pəncərəsi dövründə “Qarabağ”dan getmək ehtimalı nə qədərdir?

Sportinfo.az xəbər verir ki, qol.az bu barədə klubdan məlumat əldə edib.

Məlum olub ki, Yankoviçə xarici klublardan həqiqətən maraq olsa da, onun 2026/27 mövsümündə komandadan ayrılacağı gözlənilmir. Futbolçu ən azı bu mövsümün sonunadək “Qarabağ”ın uğurları üçün çalışacaq.

Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada