Əliyev Albaniyada oynadı, komandası qalibiyyət əldə etdi

1 Sentyabr 02:50 Bizimkilər 531
Əliyev Albaniyada oynadı, komandası qalibiyyət əldə etdi

Albaniya çempionatında 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Vora"ilə qarşılaşıb.

Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb. Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Eqnatiya” turnir cədvəlində liderliyə yüksəlib.

“Vora” - “Eqnatiya” 1:3
Qollar:
Karrica, 65 (1:0), Adjessa, 69 (1:1), Albanese, 76 (1:2), Yaqo, 86 (1:3)

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO