«Sabah»ın prezidenti Maksud Adıgözəlov bazada görüş keçirib.
O, burada çalışan məşqçi və əməkdaşlarıyla söhbətində klubun mövcud vəziyyəti barədə məlumat verib.
Bildirib ki, may ayından bəri maaşların gecikməsi müvəqqəti haldır. İyun, iyul və avqust aylarının məvacibləri yaxın günlərdə ödəniləcək, özü də bir yerdə.
«Bayquşlar»ın rəhbəri diqqətə çatdırıb ki, bu, 2026/2027-ci il mösvümünə aid büdcənin yenidən formalaşdırılmasıyla bağlıdır. O, büdcədə artım olacağını sözlərinə əlavə eləyib.
Prezident əsas komandanın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması səbəbindən maliyyə məsələlərinə bir daha baxacaqlarını vurğulayıb.
UEFA-dan klubun hesabına 36 milyon manatdan çox vəsait daxil olacağından, rəhbərlik ofis işçilərinin, həmçinin akademiyada fəaliyyət göstərən məşqçi və texniki əməkdaşların əməkhaqqısını artırmağı planlaşdırır.
Adıgözəlov yığıncaq zamanı bu sevindirici məlumatı açıqlayıb.
SPORTİNFO.AZ
