“Sabah” Rusiyanın məşhur klubunun legionerini icarəyə götürdü

07:40 Sabah 118
“Sabah” Rusiyanın məşhur klubunun legionerini icarəyə götürdü

“Zenit”in yarımmüdafiəçisi Du Keyros icarə əsasında Azərbaycanın “Sabah” klubuna keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport-Express” məlumat yayıb.

“Sabah” braziliyalı oyunçunu icarəyə götürüb. Klubların tezliklə bu keçidi rəsmən açıqlaması gözlənilir.

Du Keyros peşəkar karyerasına “Korintians”da başlayıb. O, 2023-cü ildən “Zenit”dədir. Yarımmüdafiəçi bu müddətdə Braziliyaya qayıdaraq “Qremio” və “Sport Resifi”də icarədə olub.

26 yaşlı braziliyalı ötən mövsümü “Orenburq”da icarə əsasında keçirib. O, bütün turnirlərdə 29 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!