"Bu, əla xəbərdir” - “Sabah”a görə Azərbaycana gələcək

08:50 Sabah 167
"Bu, əla xəbərdir” - “Sabah”a görə Azərbaycana gələcək

Qazaxıstan millisinin keçmiş qapıçısı Almat Bekbayev “Sabah” üçün Çempionlar Liqasının püşkatmasının nəticələrini şərh edib.

Sportinfi.az xəbər verir ki, “sport24.kz” portalına açıqlama verən veteran qolkiper qazax qolkiper bunları deyib:

"Bu, əla xəbərdir. Avropa futbolunun ən yaxşı komandaları Azərbaycana gələcək. Düşünürəm ki, qazaxıstanlılar da Çempionlar Liqasının oyunlarını izləmək üçün və Bakıya səyahət etmək yaxşı fürsətdir.

Bu, "Sabah" üçün ölkəyə yeni sponsorlar cəlb etmək və Azərbaycan haqqında məlumatı artırmaq üçün də yaxşı şansdır.

Həmyerlimiz olan Stas Pokatilovun da formasını geyindiyi klub yaxşı klublara qarşı oynayacaq. Onlara uğurlar arzulayıram".

"Sabah" "Barselona" (İspaniya), "Arsenal" (İngiltərə), "Borussiya” (Dortmund, Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Napoli” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya”(Praqa,Çexiya) və "Vikinq" (Norveç) klubları ilə oynayacaq.

Qazaxıstan millisinin sabiq qapıçısı, “Kaysar”, “Ordabası”, “Tobol”, “Aktobe”, “Jetısu”, “Irtış” kimi klublarda oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!