Mahir Emreli beşinci qolunu vurdu, əhvalı pozuldu

01:50 Bizimkilər 65
Mahir Emreli beşinci qolunu vurdu, əhvalı pozuldu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatında növbəti məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, Çenstoxova təmsilçisi 6-cı turda doğma meydanda "Yagelloniya" ilə qarşılaşıb.

Matç qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli matça start heyətində başlayıb və 1 qol vurub. Xatırladaq ki, bu, Mahir Emrelinin cari mövsümdə bütün turnirlərdə 10 oyuna 5-ci qolu (üstəgəl 1 qol ötürməsi) olub.

"Rakuv” keçirdiyi oyunların hamısında məğlub olub. Xalı olmayan komanda turnir cədvəlində sonuncu - 18-ci pillədə qərarlaşıb.

"Rakuv" - "Yagelloniya" 2:5

Qollar: M.Emreli, 23, J.Yendrıka, 56 - J.İmaz, 31-pen; N.Prelec, 37, G.Montoia, 76-pen; O.Sow, 78, Sylla, 89

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!