Həsənov Dünya Seriyasında xüsusi mükafata layiq görüldü

08:10 Digər növlər 66
Həsənov Dünya Seriyasında xüsusi mükafata layiq görüldü

Azərbaycanlı güləşçi Ramiz Həsənov Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının dördüncü mərhələsini iki mükafatla başa vurub.

Sportinfo.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi yarışda bürünc medal qazanıb.

Həsənov turnirin yekununda kişilər arasında ən texnikalı güləşçi seçilib və xüsusi kubokla təltif olunub.

İlk dəfə Azərbaycanda keçirilən yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb.

Yarışda Azərbaycanı təmsil edən yeddi güləşçi fəxri kürsüyə qalxıb.

Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl, Nərgiz Səmədova (60 kq) və Sahib Dadaşov (80 kq) gümüş, Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə bürünc medal qazanıb.

Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci yeri tutub. Gürcüstan 62 xalla ikinci, Ukrayna 45 xalla üçüncü olub.

Qadın komandamız isə 40 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna 100 xalla birinci, İspaniya 24 xalla üçüncü yeri tutub.

Dünya Seriyasının final mərhələsi sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində təşkil olunacaq. Həmin yarışda Dünya Seriyasının bütün mərhələlərində toplanan xalların nəticələrinə əsasən dünya çempionları müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!