İlk dəfə Azərbaycan millisinə cəlb olundu - Burada yaxşı çıxış edəndən sonra

31 Avqust 03:50 Digər növlər 274
İlk dəfə Azərbaycan millisinə cəlb olundu - Burada yaxşı çıxış edəndən sonra

Üzgüçü Timur Nikiforov Azərbaycan milli komandasının yeni üzvü olub.

Sportinfo.az xəbər verir ki, gənc idmançı “Ganja Cup 2026” yarışındakı uğurlu çıxışından sonra U-18 yığmasına dəvət alıb.

Nikiforov sərbəst üsulla 1500 metr məsafəyə üzmədə gümüş medal qazanıb.

Bu nəticədən sonra onun World Aquatics (WA) üzrə reytinq balı 554-ə yüksəlib. Göstəricisi milli komandaya dəvət üçün əsas olub və üzgüçü Azərbaycanın U-18 yığmasının heyətinə cəlb edilib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO