Azərbaycan çempionu braziliyalını 1 illik sıralarına qatdı - SON DƏQİQƏ

10:40 Sabah 236
Azərbaycan çempionu braziliyalını 1 illik sıralarına qatdı - SON DƏQİQƏ

“Sabah” sıralarına yeni legioner qatıb. Bu haqda saytımıza klubdan məlumat verilib. Masazır təmsilçisi “Zenit”in yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb. 26 yaşlı braziliyalı 2027-ci ilin yayınadək “bayquşlar“ın formasını geyinib.
“Sambaçı“ ötən mövsümü icarə əsasında “Orenburq”da keçirib. O, bütün turnirlərdə 29 matça çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bu mövsüm Azərbaycanı Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcək “Sabah” son 3 ayda 7 nəfərlə müqavilə bağlayıb.
Yunis Laçabı ("Lill", Fransa - icarə) Eyden Makkarti ("Kayzer Çifs", CAR), Junior Erivaldo Almeyda ("Maritumu", Portuqaliya), Patrik Orfe Mbina ("Maribor", Sloveniya), Ksander Severina ("Makkabi" Hayfa), Amin Ramazanov ("Qarabağ") və Kristian Nvaçukvu ("Şeffild Yunayted", İngiltərə) ölkə çempionu ilə anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!