“Sabah”ın baş məşqçisindən maraqlı paylaşım: “Bəzi günlər və gecələr…”

16:40 Sabah 264
“Sabah”ın baş məşqçisindən maraqlı paylaşım: “Bəzi günlər və gecələr…”

“Sabah”ın çalışdırıcısı Valdas Dambrauskas təkcə bacarıqlı məşqçi deyil.

O, həm də aktiv sosial şəbəkə istifadəçisidir.

Litvalı mütəxəssis komandasının hər uğurundan sonra “instagram” hesabında paylaşım edir, maraqlı ifadələr və yanaşmalarla diqqət çəkir.

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Dambrauskası içindən keçənləri növbəti dəfə izləyiciləri ilə bölüşməyə məcbur edir.

O, müxtəlif oyunlarda çəkilmiş şəkilləri hesabında yerləşdirərək bu cümlələri yazıb:

“Üfüqdən o tərəfdə mükafat dayanıb.
Onun gözlərində sonsuz partlayışlar var.


Onu həyata qaytara biləcək yalnız mümkünsüz xəyallardır. Bəzi günlər və gecələr elə xatirələr yaradır ki, onlar əbədi olaraq bizimlə qalır.

Mən hələ də o gecəyə qayıdıram və həmin gecəni yenidən yaşayıram — o gecəyə ki, mümkünsüz xəyallar gerçəyə çevrildi.

Qarşıda bizi nələrin gözlədiyini bilmirəm, amma əminəm ki, gecənin içindən daha da çox mümkünsüz xəyallarla keçəcəyik.”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti