"Pafos"da son oyunları buraxan Murad nə zaman qayıdacaq?

17:20 Bizimkilər 105
"Pafos"da son oyunları buraxan Murad nə zaman qayıdacaq?

"Pafos"unda (Kipr) çıxış edən Murad Məmmədov zədə səbəbindən komandasının son oyunlarını buraxıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı vingerin təxminən 2-3 həftəyə yaşıl meydanlara qayıdacağı gözlənilir.

M.Məmmədov avqustun 13-də Avstriyadan "Zaltsburq"a qol vurduğu Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa zədəli halda çıxıb. Bu isə onun zədəsinin daha da ağırlaşmasına səbəb olub.

Murad Məmmədov mövsümün əvvəlindən "Pafos"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti