AFFA-nın əməkdaşı UEFA-dan vəzifə aldı

1 Sentyabr 02:30 Hadisə 449
AFFA-nın əməkdaşı UEFA-dan vəzifə aldı

AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA tərəfindən Stadion İnspektoru vəzifəsinə təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyadan məlumat verilib.

Bu vəzifə çərçivəsində Sabir İsmayılov Avropa klub yarışlarının oyunlarından əvvəl stadionların UEFA-nın müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayacaq.

Yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, həmçinin oyunların təhlükəsiz və fasiləsiz keçirilməsi üçün zəruri infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM