2031-ci ilin ortalarına qədər - Braziliya klubundan “Mançester Siti”yə keçdi

18:20 İngiltərə 105
2031-ci ilin ortalarına qədər  - Braziliya klubundan “Mançester Siti”yə keçdi

“Mançester Siti” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu braziliyalı yarımmüdafiəçi Allan Eliası transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin ortalarına qədər olacaq müqavilə imzalanıb.

Daha əvvəl yayılan məlumatlara görə, “Mançester Siti” Eliasın transferi üçün “Palmeyras”a 40 milyon avro ödəyəcək.

Yarımmüdafiəçi 2026-cı ildə ölkəsində 42 oyuna çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

İngiltərə çempionatında iki turdan sonra Enzo Mareskanın rəhbərlik etdiyi “Mançester Siti” 6 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti