“Real”ın yarımmüdafiəçisi Çud Bellingem üstünlük verdiyi “10 nömrə” mövqeyinə qayıtmasından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futblolçu bunu söyləyib:
“Yenə meydandakı azadlığımdan zövq alıram. Düşünürəm ki, bu, mənim üçün ən yaxşı mövqedir, çünki ən yaxşı keyfiyyətlərimi nümayiş etdirməyə imkan verir.
Baş məşqçiyə bu rolda mənə etibar etdiyinə görə çox minnətdaram”.
Bellingem 2023-cü ildən “Real”da forma geyinir.
