COP29

“Qarabağ” və “Neftçi”də əyər-əskik var? – SİYAHIYA DİQQƏT!

8 Mart 17:40 Problem 792
“Qarabağ” və “Neftçi”də əyər-əskik var? – SİYAHIYA DİQQƏT!

Premyer Liqanın 26-cı turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Beş komandadan cəzalı duruma düşən 6 futbolçu meydana çıxmaqdan məhrumdur.

“Araz-Naxçıvan” iki, “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ” hərəsi bir futbolçunun xidmətindən yararlana bilməyəcək.

Cəzalıların ümumi siyahısı belədir:

Muhammed Kadiri, Miço Kuzmanoviç (hər ikisi “Araz-Naxçıvan”), Marko Yankoviç (Qarabağ), Yuri Matias (Neftçi), İssa Cibrila (Zirə), Lukas Afriko (Qəbələ).

Martın 8-də “Səbail” - “Sumqayıt”, ertəsi “Kəpəz” – “Neftçi”, “Sabah” – “Qəbələ”, martın 10-da “Turan Tovuz” – “Araz-Naxçıvan”, “Qarabağ” – “Zirə” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti