Buyurun, Premyer Liqanın hücumçuları üçün əla fürsət yarandı!

15 Mart 19:00 Problem 543
Buyurun, Premyer Liqanın hücumçuları üçün əla fürsət yarandı!

Premyer Liqanın 27-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

5 komandadan cəzalı duruma düşən eyni sayda futbolçu meydana çıxmaqdan məhrumdur.

Maraqlıdır ki, cəza ilə üzləşən 5 nəfərdən 4-ü mərkəz müdafiəçisidir. Aparıcı simaların yoxluğunda rəqib komandalardakı hücumçuların əlinə əla fürsət düşəcək.

Cəzalıların ümumi siyahısı belədir:

İsa Suliman (Sumqayıt), Con İrazabal (Sabah), Bruno Qonçalveş (Turan Tovuz), Elçin Əlicanov (Kəpəz), Vüsal Şabanov (Araz-Naxçıvan).

Martın 15-də “Neftçi” – “Səbail”, ertəsi “Zirə” - “Kəpəz”, “Araz-Naxçıvan” – “Qəbələ” martın 17-də “Turan Tovuz” – “Qarabağ”, “Sumqayıt” – “Sabah” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti