COP29

"Dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur"

11 Mart 12:10 Problem 333
"Dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur"

“Qayda pozuntuları, dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov parlamentdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O bildirib ki, bir çox hallarda şəhərimizdə müşahidə olunan problemlər qayda pozuntularının özündən qaynaqlanan məsələlərdir: “Burada nəinki sürücülər, eyni zamanda piyadalar tərəfindən qayda pozuntuları böyük problemlərin yaranmasına səbəb olur. Qarşıdakı dövrdə bəzi müəyyən tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər də artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Güman edirəm ki, yaxın həftələrdə bu tələblərin tətbiqinə başlayacayıq”.

R.Hümmətov əlavə edib ki, ötən il ərzində nəqliyyat sahəsində problemlərin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib: “Bunların bir qismi tətbiq olunmaqdadır və bir qisminin də tətbiqi ilə bağlı işlər həyata keçirilir”.

“Taksilərə dair tələblərin alt normativ aktları hazırdır və ümid edirik, yaxın günlərdə qəbul ediləcək”, - deyə nazir müavini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti