Məcburi köçkünlərin köç edənlərin mənzillərində yaşamaqları təklif edilir - Müvəqqəti olaraq

1 Mart 2024 12:10 Problem 916
Məcburi köçkünlərin köç edənlərin mənzillərində yaşamaqları təklif edilir - Müvəqqəti olaraq

Yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin müvəqqəti olaraq köç edənlərin mənzillərində yaşamaqları təklif edilir.

Bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

Digər Xəbərlər
Xəbər Lenti