Azərbaycanda kluba vaxt verildi – Onu sanksiya gözləyir!

25 Mart 03:20 Problem 886
Azərbaycanda kluba vaxt verildi – Onu sanksiya gözləyir!

I Liqa klubu "İrəvan”a sanksiya tətbiq oluna bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb komandanın futbolçu Asim Əlizadəyə olan borcunu ödəməməsidir.

AFFA Oyunçuların Statusu və Transferi Komitəsi yarımmüdafiəçi ilə yanaşı, məşqçi Aleksandr Jidkova olan borcun da ödənilməsini tələb edib.

Mayın 1-dək öhdəlik yerinə yetirilməsə, klub lisenziyasının əlindən alınmasından tutmuş, hesabından xal silinməsinə qədər ciddi cəza ilə üzləşə bilər.

Məsələyə aydınlıq gətirən AFFA-nın mətbuat xidmətindən bildirilib ki, belə hallarda müddət tamamlandıqdan sonra futbolçu növbəti dəfə müraciət ünvanlayır.

Bunun ardından məsələyə baxılır. Yekunda isə FIFA qaydalarına uyğun cəza AFFA tərəfindən tətbiq olunur.

"İrəvan”ın futbolçuları Ege Atlam və Fəhmin Muradbəyli danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırılıblar.

Komandanın digər üzvləri Ramin Məhərrəmovla Kamal Mirzəyev isə danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiklərindən, 1 il şərti olmaqla 2 illik futbol fəaliyyətindən məhrum ediliblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"