"Biz bunun pulunu onlara ödəmişik, göndərmirlər..." - Sərt tənqid etdi

21 May 2024 13:30 Problem 766
"Biz bunun pulunu onlara ödəmişik, göndərmirlər..." - Sərt tənqid etdi

“Biz bunun uğursuzluğa səbəb olacağını görürdük.

Biz Rusiyadan asılılığı azaltmaq üçün münasibətlərdə köklü dəyişiklik etməyə məcbur qaldıq.

Buna görə də deyə bilərəm ki, təhlükəsizlik baxımından bir çox irəliləyişlər var.

Beləliklə, məsələn, 2020-ci ildə silahların 96%-i Rusiyadan alınırdısa, son 4 ildə bu 96% 10%-dən də aşağı düşüb və bu, reallıqdır”, - Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, Rusiya Ermənistana silah göndərib, lakin Ermənistan göndərilənlərlə kifayətlənmir.

“Biz daha çox göndərilməli olduğunu düşünürük. Biz bunun pulunu onlara ödəmişik və son 4 ildə ödədiyimizə uyğun silah almamışıq”, – Qriqoryan qeyd edib.

O, əlavə edib ki, Ermənistan öz silahlarının istehsalı üzərində “intensiv” işləyir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu