"Vasilyevə necə yardım edəcəyimizlə bağlı müzakirələr aparırıq"

10 Aprel 08:50 Problem 344
"Vasilyevə necə yardım edəcəyimizlə bağlı müzakirələr aparırıq"

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından ictimaiyyətdən yardım istəmişdi.

Hətta kartının nömrəsini paylaşan keçmiş hücumçu müalicəsini davam etdirmək üçün onu tanıyanların, sevənlərin dəstəyinə ehtiyac duyduğunu bildirmişdi.

Vasilyev Azərbaycan millisi ilə yanaşı bir sıra klublarımızda, əsasən də "Neftçi"də çıxış edib.

Alkoqolizmdən əziyyət çəkən və artıq müalicə üçün maliyyə dayanıqlığı qalmayan veteran oyunçu ümidini onu sevənlərə bağlayıb. Bəs karyerasının çox hissəsini həsr etdiyi "Neftçi" ona köməklik göstərəcəkmi?

Sportinfo.az xəbər verir ki, klubun mətbuat katibi Emin Əfəndi bununla bağlı qaynarinfo-ya açıqlama verib. O, Vasilyevə köməklik göstərməyə çalışdıqlarını bildirib:

"Ona necə köməklik göstərə biləcəyimizlə bağlı müzakirələr aparırıq. Bildiyim qədər, fərdi şəkildə həm klub əməkdaşları, həm futbolçular köməkliklərini göstəriblər.

Klub şəklində isə əsasən tibbi baxımdan ona necə yardım edəcəyimizlə bağlı müzakirələr aparırıq. Sponsorlarımızla, səhiyyə tərəfdaşlarımızla məsləhətləşirik".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU