Messi yenə də zədələndi

23 Mart 2024 10:15 Problem 935
Messi yenə də zədələndi

Karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirən Lionel Messi zədələnib.

Sportinfo.az xəbər verir ki, bud əzələsindən zədə alan futbolçu MLS-in növbəti turundakı oyunlarda iştirak edə bilməyəcək.

Belə ki, 37 yaşlı hücumçu “Nyu York Red Buls” (23 mart) və “Nyu York Sity” (31 mart) ilə görüşdə komandasına kömək edə bilməyəcək. Messi Argentina millisinin qarşıdakı yoldaşlıq matçlarını da buraxmalı olacaq.

Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 5 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı