“Millidə, heç olmasa, 45 dəqiqə oynamaq istərdim”

22 Mart 2024 03:30 Problem 698
“Millidə, heç olmasa, 45 dəqiqə oynamaq istərdim”

“Uzun müddətdir - 2 il idi ki, milli komandada deyildim.

Təbii ki, darıxmışdım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib. Hazırda Rusiya millisinin düşərgəsində olan 32 yaşlı futbolçu “Matç TV”yə müsahibəsində həmçinin bildirib:

"Mart matçlarında oynayacağammı? Təbii ki, iki görüşdən birində meydana çıxmaq istərdim.

Heç olmasa, 45 dəqiqə. Təbii ki, hər iki oyunda oynamaq istərdim.

Ancaq anlayışlı olmalı və sağlam düşünməliyik. Dörd qapıçımız var, yəqin ki, hamıya vaxt veriləcək”.

Rusiya millisi martın 25-də Paraqvaya qarşı yoxlama görüşü keçirəcək. Oyun Moskvada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı