Premyer Liqa üzü görməyəcək, "fitini qırdılar"

21 Mart 2024 09:50 Problem 1 763
Premyer Liqa üzü görməyəcək, "fitini qırdılar"

Milli dərəcəli hakim Rəşad Əhmədov cəzalandırılıb. Bu, onun Premyer Liqanın 26-cı turunda etdiyi idarəçiliklə bağlıdır.

Belə ki, o, «Turan Tovuz» - «Araz-Naxçıvan» matçında (2:0) bir sıra yanlış qərarlarla yadda qalıb.

AFFA-nın Hakimlər Komitəsi qonaq komandanın narazı qaldığı epizodları incələyib və onun səhvlərini üzə çıxarıb.

Komitənin sədri Barış Şimşək «fit sahibi»nə əsasən 2 fraqmenti irad tutub.

Bunlardan biri «Turan»ın ikinci qolundan əvvəl qayda pozuntusunun qeydə alınmaması, digəri isə Muxtar Respublika təmsilçisinin son dəqiqələrdə qazandığı penaltiyə göz yummasıdır.

Əhmədov bütün bu xətalarına görə 3-5 turluq «məcburi istirahət»ə göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı