"Barış Şimşəyin müqavilə müddətinin uzadılması məsələsi isə hələ ki gündəmdə deyil"

21 Mart 2024 03:30 Problem 692
"Barış Şimşəyin müqavilə müddətinin uzadılması məsələsi isə hələ ki gündəmdə deyil"

"Hakimlər Komitəsi ilə hər bir səhvin üzərində iş aparılması üçün çalışırıq".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, hakimlik barədə tənqidlərə münasibət bildirib:

"VAR sistemi ilə bağlı müəyyən müsbət məsələlər var. Bir çox oyunlarda video təkrardan sonra ədalətli qərarların verildiyinin şahidi oluruq.

Bəzən səhv qərarlar da olur. Əsas diqqət gənc hakimlərin inkişafına yönəlib.

Gələcəkdə hakimliklə bağlı akademiyanın fəaliyyət göstərməsi planlarımızda var. Komitə sədri Barış Şimşəyin müqavilə müddətinin uzadılması məsələsi isə hələ ki gündəmdə deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı