Bakıda idmançını döyən məşhur MMA döyüşçülərinin həbs müddəti uzadıldı

20 Mart 02:20 Problem 464
Bakıda idmançını döyən məşhur MMA döyüşçülərinin həbs müddəti uzadıldı

İdmançı Həsən Əzizovu döyən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barədə yeni xəbər var.

Sportinfo.az xəbər verir ki, adı çəkilən şəxslərin həbs müddəti uzadılıb.

Qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub. Belə ki, onların hər biri barəsində olan həbs qətimkan tədbiri daha 1 ay uzadılıb.

Xatırladaq ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, baş məşqçi Ruslan Əfəndiyev və onun tələbləri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb.

Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

Digər Xəbərlər
Xəbər Lenti