Yığmadan kənarlaşdırıldı - Problemi yarandı, Bakıya gəlməyəcək

14 Mart 02:40 Problem 267
Yığmadan kənarlaşdırıldı - Problemi yarandı, Bakıya gəlməyəcək

FİFA tərəfindən təşkil olunacaq “FİFA series – Edition 2024” turnirində iştirak üçün Bakıya gələcək Bolqarıstan millisi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, “Lüdoqorets”in yarımmüdafiəçisi Todor Nedelev yığmanın heyətindən kənarlaşdırılıb.

Buna səbəb 31 yaşlı oyunçunun zədələnməsidir. Nedelevin təxminən bir ay meydana çıxa bilməyəcək. Bu barədə “Lüdoqorets”in mətbuat xidməti məlumat yayıb.

Bolqarıstan millisi martın 22-də “Dalğa Arena”da Tanzaniya ilə, martın 25-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti