COP29

Azərbaycan çempionatının bombardiri narkomaniyadan əziyyət çəkir - VİDEO

10 Mart 09:50 Problem 1 331
Azərbaycan çempionatının bombardiri narkomaniyadan əziyyət çəkir - VİDEO

Xəbər verdiyimitz kimi, millimizin sabiq hücumçusu Fərid Quliyev hazırda ağır durumdadır.

Karyerasını bitirdikdən pis vərdişlərə qoşulan Quliyevin səhhəti heç də yaxşı deyil.

Sosial şəbəkələrdə böyük auditoriyası olan Araz Əhmədov bu barədə danışıb.

Tanınmış ekspert Quliyevin sağlıq durumundan narahatlıqla söz açıb, köməyə ehtiyac olduğunu söyləyib. Qeyd edib ki, bu gün Fəridə maddi-mənəvi dəstək verilməsə, sabah gec ola bilər.

O. narkotikə aludəçilikdən əziyyət çəkir. Orqanizmini zəhərləyən zərərli vərdişdən qurtula bilməyən 38 yaşlı keçmiş forvard hazırda Maştağada yerləşən reabilitasiya mərkəzində müalicə olunur.

Fəridin şəxsi həyatı da bu səbəbdən uğursuz olub. Voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova ilə 2018-ci ildə ailə həyatı quran evliliyi bu səbəbdən uzun çəkməyib.

Fəridin durumu gün keçdikcə ağırlaşır. Onun daha müasir tələblərə cavab verən müalicəyə ehtiyacı var.

Buna görə çoxprofilli xəstəxanaya köçürülməlidir. Amma həmin xərci qarşılamağa maddi imkanı çatmır.

Fərid Quliyev "Bakı" və "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. O, eyni zamanda "ağ-qaralar"la ölkə kubokunu qazanıb. 2009/10 mövsümündə "Standart"la ölkə çempionatının bombardiri olub.

Quliyev Berti Foqtsun rəhbərliyi dövründə milliyə dəvət alıb. "Bakı"nın yetirməsinin qara günləri də elə o dönəmdən başlayıb.

Zamanında kifayət qədər böyük pullar qazanan, idmançı rejiminə riayət etməməyə başlayan hücumçunun ətrafında pis çevrə formalaşıb.

Elə onlar da Fəridi bu yola çəkib. İndiyədək bir neçə dəfə pis vərdişdən yaxa qurtarmağa çalışsa da, cəhdləri heç bir nəticə verməyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti