COP29

“TikTok”dan istifadəçiləri məyus edecək daha bir XƏBƏR

8 Mart 19:30 Problem 1 052
“TikTok”dan istifadəçiləri məyus edecək daha bir XƏBƏR

May ayında mahnıların çoxu “TikTok”dan silinəcək.

Bildirilir ki, “TikTok”la müqavilə mayın 1-də qüvvədən düşəcək, NMPA yeni lisenziya formalaşdırmaq niyyətində deyil.

Lisenziyanın başa çatması o deməkdir ki, bir çox musiqi trekləri “TikTok”dan yox olacaq.

Qeyd edək ki, NMPA lisenziyasından tanınmış müstəqil sənətçilər də istifadə edirlər.

Bununla belə, sosial şəbəkədən çıxarılacaq musiqilərin miqyası haqqında hələ heç nə məlum deyil.

Təşkilat bildirib ki, yaradıcılar musiqilərini video hostinq üçün lisenziyalaşdırmağı davam etdirmək istəyirlərsə, onlar birbaşa platforma ilə müqavilə bağlamalıdırlar.

Bundan əvvəl dünyanın ən böyük musiqi nəşriyyatına sahib “Universal Music Group” şirkətinin Taylor Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd”, Dreyk və s. treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxartdığı barədə xəbər vermişdik.

Digər Xəbərlər
Xəbər Lenti