"Biz nəinki nəticə çıxarmırıq, həm də axmaqlığımızı daha da təkmilləşdiririk”

7 Mart 2024 19:30 Problem 736
"Biz nəinki nəticə çıxarmırıq, həm də axmaqlığımızı daha da təkmilləşdiririk”

“Müharibədən sonra “Türklərsiz Ermənistan” şüarı ilə silahlanmış erməni müxalifəti Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmaq niyyətində idi. İndi Nikol “Russuz Ermənistan” şüarını qəbul edərək hakimiyyətdə qalmaq istəyir”.

Bu sözlər erməni analitik, “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyanın yazısında yer alıb.

“Tariximiz boyu biz Ermənistandan hansısa üçüncü “x” qüvvəsini çıxarmağa çalışmışıq, lakin həmişə eyni nəticə əldə edirik: “Ermənisiz Ermənistan”. Son dəfə də eyni məntiqi rəhbər tutduq və indi Qarabağ artıq bizdə deyil. Bütün dərdlərimizin səbəbi odur ki, biz mürəkkəb regionumuzda “ağılsız Ermənistan” məntiqi ilə yaşayırıq. Bir faciədən digərinə. Biz nəinki nəticə çıxarmırıq, həm də axmaqlığımızı daha da təkmilləşdiririk”, - deyə Ovannisyan qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı