COP29

"İşin arxasında bir adam var, ən pis şər və düşmənçilik onun üzərinə tökülüb"

6 Mart 03:40 Problem 352
"İşin arxasında bir adam var, ən pis şər və düşmənçilik onun üzərinə tökülüb"

Son zamanlar İtaliya və İspaniyada hakim mübahisələri gündəmdə olur.

Sportinfo.az xəbər verir ki, "Valensiya" - "Real” matçının son saniyədə "Real”ın vurduğu qolu qeydə almayan hakim Gil Manzano diqqət mərkəzinə düşmüşdü.

İtaliyada isə Marko di Bello eyni aqibəti yaşayır. Bu mövsüm ikinci dəfə cəza ilə üzləşən referi ötən həftə 0:1 hesabı ilə bitən "Milan" - "Latsio” matçında qonaqların üç futbolçusunu qırmızı vərəqə ilə oyundan kənarlaşdırıb və ümumilikdə 12 sarı vərəqə göstərmişdi. Məhz bu səbəbdən referi hədə-qorxularla üzləşir.

Di Bellonun həyat yoldaşı Karla Foggiano şəxsi İnstaqram səhifəsində ərinə qarşı hücumların və hədələrin artması barədə paylaşım edib. O, "Ağıllı və nəzakətli qalaraq yazmaq, balanslı və sakit olmaq asan deyil. Amma bu nifrət fırtınasına qapılmamaq üçün belə olmalıyam. Hakimlik, futbol və futbolçular haqqında danışmaq mənə maraqlı deyil. Lakin idmandan da danışa bilmirəm, çünki idman artıq yoxdur. Bu idman deyil. İdmanda nifrətə, zorakılığa yer yoxdur. Halbuki iki gündür, kim bilir daha nə qədər davam edəcək, Ən pis şər və düşmənçilik onun üzərinə tökülüb. Bu, görünməmiş media və ictimai qəzəbdir. Biz zorakılıq və sui-istifadənin pisləndiyi tarixi bir dövrdə yaşayırıq, lakin biz hələ də öz həmvətənlərimizə nifrət, alçalda, təhqir və pis rəftar edə, qəzəbləndirə bilərik. Mən bunu Markonun müdafiəsi üçün demirəm. Çünki o, bunu özü edə bilər. Mən onun yanında olmaq, keçirdiyi emosional yükü yüngülləşdirmək üçün buradayam. Mən sizə xatırlatmaq üçün buradayam ki, işin arxasında bir adam var. Fədakarlıqlar, öhdəliklər, arzular, uğurlar və məğlubiyyətlər var. Marko Di Bellonun gücü, namusu və daha çox şey var ki, heç kim onu silə bilməz. 'Çətinliklərin ortasında bir fürsət var' (Albert Eynşteyn). Sevgilərlə! Karla" - ifadələrinə yer verib.

Di Bello avqust ayında da mübahisələrə səbəb olan qərarı ilə yadda qalmışdı. O, "Yuventus” - "Bolonya” matçında qonaqların lehinə penaltini qeydə almadığı üçün 36 gün yaşıl meydanlardan kənarlaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti