COP29

Premyer Liqada kimlərə nə cərimə kəsildi? - QƏRARLAR

6 Mart 03:30 Problem 330
Premyer Liqada kimlərə nə cərimə kəsildi? - QƏRARLAR

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən oyunlarda yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

"Zirə” – "Turan Tovuz” oyununun 43-cü dəqiqəsində "Zirə” klubunun 70 nömrəli futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Zirə” klubu 800 manat cərimə edilir (maddə 41);

"Qəbələ” – "Səbail” oyununun 40-cı dəqiqəsində "Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);

"Neftçi” – "Qarabağ” oyununda "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün "Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

"Neftçi” – "Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Neftçi” – "Qarabağ” oyununun 63-cü dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

"Neftçi” – "Qarabağ” oyunundan əvvəl "Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

Digər Xəbərlər
Xəbər Lenti