COP29

”Onlar ən pis yolu tutacaqlar” - Paşinyanı HƏDƏLƏDİ

5 Mart 08:10 Problem 10 289
”Onlar ən pis yolu tutacaqlar” - Paşinyanı HƏDƏLƏDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Paşinyanın KTMT üzvlüyünün dondurulması ilə bağlı bəyanatına münasibət bildirib. O, Ermənistanı bununla bağlı dəqiq qərar verməyə çağırıb.

Lavrovun bəyanatını Ermənistan parlamentinin müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan şərh edib.

“Əlbəttə, bu kontekstdə Rusiya rəsmisi dolayısı iştirakdan imtina etməyin və ümumiyyətlə, Rusiya Federasiyası ilə münasibətləri pisləşdirməyin hansı nəticələrə gətirib çıxaracağına işarə vurub. Ehtimal olunur ki, bu, Rusiyanın Ermənistanla bağlı siyasətinə, yəni siyasi və hərbi əməkdaşlıqdan iqtisadi qarşılıqlı fəaliyyətə yenidən baxılması deməkdir. Məsələ ondadır ki, Rusiya bunun adi şantaj olduğunu, yoxsa Ermənistanın həqiqətən yeni kurs götürdüyünü aydınlaşdırmağa çalışır.

Rusiya Federasiyası bunu ona görə edir ki, gələcəkdə onun sərt addımları Ermənistanda və xarici aləmdə tam şəkildə dərk edilsin. Bunun hansı nəticələrə gətirib çıxaracağı isə hadisələrin gedişatından asılı olacaq. Ermənistan hakimiyyəti bu vəziyyətdə nə edəcək? Bəli, onlar əvvəlki mühüm qərarlarda olduğu kimi, ən pis yolu tutacaqlar”, - deyə Abramyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti