COP29

“Qarabağ” 10 nəfərlə də oynasaydı, “Neftçi”yə qalib gələcəkdi"

5 Mart 02:30 Problem 416
“Qarabağ” 10 nəfərlə də oynasaydı, “Neftçi”yə qalib gələcəkdi"

FIFA referisi Fariz Yusifov Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununun 1-ci dəqiqəsindəki mübahisəli epizoda münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis “report”a açıqlamasında Azərbaycan derbisində Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviçin “Neftçi”nin kapitanı Emin Mahudova qarşı kobud oyununu dəyərləndirib.

O, monteneqrolu futbolçuya sarı vərəqə göstərən baş hakim Elçin Məsiyevin qərarı ilə razıdır:

“Qarabağ”ın futbolçusu rəqibini görmürdü, məqsədi ötürmə vermək idi. Sadəcə, Emin Mahmudov onu qabaqladı və nəticədə belə vəziyyət yarandı.

“Neftçi”nin kapitanı ayağını ora uzatmaqla öz sağlamlığını riskə atdı. İkincisi, butsunun şipi də açıq deyildi.

Qırmızı vərəqə bu epizodda ağır qərar olardı. Qırmızı vərəqə göstərdikdən sonra onu əsaslandırmaq lazımdır. Bu, açıq ayaqla hərəkət deyildi”.

F.Yusifovun fikrincə, “Qarabağ”la “Neftçi” arasında böyük səviyyə fərqi var:

“Qarabağ” 10 nəfərlə də oynasaydı, “Neftçi”yə qalib gələcəkdi. Çünki bu komanda çox güclüdür”.

“Neftçi” üzərində 4:1 hesablı qələbə qazanan “Qarabağ” 60 xalla turnir cədvəlinə başçılıq edir. Bakılılar isə 36 xalla üçüncü sıradadırlar.

Digər Xəbərlər
Xəbər Lenti