COP29

Azərbaycanlı futbolçu ilə bağlı QALMAQAL BÖYÜYÜR! - AFFA da cərimələnə bilər

4 Mart 22:20 Problem 2 514
Azərbaycanlı futbolçu ilə bağlı QALMAQAL BÖYÜYÜR! - AFFA da cərimələnə  bilər

“Səbail”in sabiq futbolçusu Tural Bayramlı ilə davam edən problemi hər keçən gün daha da böyüyür.

Xəbər verdiyimiz kimi, AFFA Apellyasiya Arbitraj Tribunalı futbolçunun xeyrinə müsbət qərar çıxarsa da, Bayıl təmsilçisi 70 min manat təzminatı ödəməkdən boyun qaçırır.

Məsələdə AFFA da öz köməyini göstərməyincə, futbolçu FİFA-ya müraciət etməli olub.

Artıq ali qurum futbolçunun AFFA və "Səbail"dən olan şikayətini qəbul edib.

Müraciətə yazılan cavabda bildirilib ki, şikayət analiz edilir və araşdırma aparılanda məlumat veriləcək.

Əldə etdiyimiz məlumata görə, işin yekununda təkcə "Səbail" yox, həm də AFFA cəzalana bilər.

Çünki FİFA-nın İntizam Məcəlləsində müddəa var ki, əgər yerli federasiya çıxarılan qərarı icra etmirsə cəzalana bilər.

Bu isə o deməkdir ki, FİFA araşdırmanın sonunda yalnız "Səbail"i yox, həm də federasiyanı cəzalandıra bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti