COP29

Şimşəkə qırmızı vərəqənin çıxarılması vaxtı  çatmayıb, hələ keçib!

4 Mart 08:50 Problem 8 203
Şimşəkə qırmızı vərəqənin çıxarılması vaxtı  çatmayıb, hələ keçib!

«Qəbələ» ilə «Kəpəz»in oyununda hakim gözgörəsi birincilərin haqlı penaltisini vermədi.

Hətta futbolçular hakimdən xahiş etdi ki, VAR- müraciət etsin.

O da yekə-yekə bildirdi ki, eləmirəm.

Belə də hakimlik olarmı? Hakim cəhənnəm, bəs VAR-da oturanlar orada burunlarını təmizləyirdilər?

Belə haqsızlıqlar son zamanlar ən çox «Zirə»nin başına gəlir.

Hakimlər Komitəsinin sədri Şimşəkdi, idırımdı nədi, nə işlə məşğuldur? O, bu haqsızlıqlara göz yumursa, deməli, bu haqsızlıqlarda onun da əli var.

Bir gün ya azarkeşlər, ya da Rəşad Sadıqov VAR hakimlərini çırpacaq.

Ağdamın Ağdam vaxtı belə haqsız hakimləri Allahverdi Bağırov çox qəşəng çırpırdı.

ƏDALƏT

Digər Xəbərlər
Xəbər Lenti